“Star Mining” MMC 2017-ci ildən dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir.
Şirkət yalnız məhsuldarlıq və texniki keyfiyyətə deyil, həmçinin sosial məsuliyyət, əmək təhlükəsizliyi və ətraf mühitin qorunması prinsiplərinə də sadiq qalaraq fəaliyyətini qurmuş və qısa müddət ərzində sektorun etibarlı, peşəkar iştirakçılarından birinə çevrilmişdir.
Göstərdiyimiz xidmətlər
Mədənçilik xidməti
“Star Mining” faydalı qazıntı yataqlarında geoloji planlama, dəlmə, partlayış, mədən istismarı, yükləmə, daşınma, anbarlama, xammalın çeşidlənməsi, həcmlərin hesablanması və rekultivasiya xidmətlərini peşəkar şəkildə həyata keçirir. Sektorun aparıcı şirkətlərindən biri olaraq biz təbii resursların dəyərini qorumaqla onların səmərəli istismarını və idarəçiliyini təmin edirik.
Partlayış xidməti
Partlayış xidmətləri beynəlxalq standartlara uyğun şəkildə, müasir texnologiyalar və təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Bu proseslər dəqiqliklə planlaşdırılır, hasilatın optimallaşdırılmasına və əməliyyat səmərəliliyinin artırılmasına şərait yaradır.
Daşınma xidməti
Şirkət xammal və məhsulların təhlükəsiz və normativlərə uyğun daşınmasını təmin edir. Müasir avtopark və ixtisaslaşmış sürücü heyəti sayəsində daşınma əməliyyatları effektiv şəkildə həyata keçirilir. Nəqliyyat vasitələri GPS və radiotezlikli izləmə sistemləri ilə təchiz olunmuş, Mərkəzi İdarəetmə Otağı (CCR) yaradılmışdır.
Geoloji kəşfiyyat xidməti
Faydalı qazıntı yataqlarının ehtiyatlarının hesablanması və qiymətləndirilməsi məqsədilə geoloji kəşfiyyat xidmətləri təqdim edirik. Məqsədimiz — dəqiq məlumatlar əsasında iqtisadi və texniki baxımdan səmərəli hasilat qərarlarının qəbul edilməsini təmin etməkdir.
Çovdar Yatağı Layihəsi
“Çovdar” qızıl yatağı Daşkəsən rayonunun şimal hissəsində yerləşir. Yatağın təsdiqlənmiş ümumi qızıl ehtiyatı təxminən 51,5 ton təşkil edir. Bunun təxminən 11,3 tonu yerüstü (oksid), təxminən 40,2 tonu isə yeraltı (sulfid) filizlərdən ibarətdir. Oksid fazası üçün iqtisadi baxımdan rentabelli və texniki cəhətdən hasilatı mümkün olan qızıl miqdarı təxminən 7,3 ton təşkil edir.
DAHA ƏTRAFLISERTİFİKATLARIMIZ
“Star Mining” fəaliyyətini beynəlxalq ISO standartlarına uyğun şəkildə təşkil edir.
Bu sertifikatlar şirkətin yüksək keyfiyyət, təhlükəsizlik və ekoloji məsuliyyət prinsiplərinə sadiqliyini təsdiq edir. Sertifikatlaşma bizim üçün formal tələbdən daha çox, gündəlik iş proseslərinin əsas hissəsidir.
Texniki imkanlar
“Star Mining” müasir mədənçilik sahəsində qabaqcıl texnoloji imkanlara və yüksək məhsuldarlığa malik avadanlıqlarla fəaliyyət göstərir. Əsas məqsədimiz əməliyyatların sürətli, təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı və iqtisadi baxımdan səmərəli şəkildə həyata keçirilməsidir.
DAHA ƏTRAFLIDƏYƏRLƏRİMİZ
Bizim dəyərlərimiz fəaliyyətimizin təməlini təşkil edir və gündəlik qərarlarımızı istiqamətləndirir.
Biz komanda ruhu ilə işləyərək birləşməyə, əməkdaşlığa və qarşılıqlı hörmətə önəm veririk, hər bir layihədə peşəkarlığa sadiq qalaraq ən yüksək standartları qoruyuruq. Fəaliyyətimizi dürüstlük, açıqlıq və hesabatlılıq prinsipləri ilə həyata keçirir, bütün proseslərdə dəqiqliyə, detallara həssas yanaşmağa çalışırıq.
DAHA ƏTRAFLI
MİSSİYAMIZ
Missiyamız dağ-mədən sənayesində inteqrasiya olunmuş, peşəkar və etibarlı xidmətlər təqdim etməkdir.
Biz, kəşfiyyatdan hasilata qədər bütün proseslərdə yüksək keyfiyyət, təhlükəsizlik və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, ölkəmizdə və regionda müştərilərimizə uzunmüddətli dəyər və tərəfdaşlıq münasibətləri bəxş etməyi və bu münasibətlərin davamlılığını təmin etməyi hədəfləyirik.
DAHA ƏTRAFLI